İQTİSADİYYAT


Azərbaycan-Gürcüstan sərhəd-keçid məntəqəsində ticarətin asanlaşdırılmasına xidmət göstərən mərkəz yaradıla bilər

Bakı, 8 iyun, Elvin Camalov, Samirə Quliyeva, AZƏRTAC

Azərbaycan və Gürcüstan arasında sərhəd-keçid məntəqəsində ticarətin asanlaşdırılmasına xidmət göstərən mərkəzin yaradılması vacib məsələlərdəndir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov iyunun 8-də Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı biznes-forumunda deyib.

O bildirib ki, Dövlət Gömrük Komitəsi ilə Avropa İttifaqı arasında dərin əməkdaşlıq əlaqələri mövcuddur. Avropa İttifaqı Gürcüstanla Azərbaycan arasında sərhəd-keçid məntəqəsində ticarətin asanlaşdırılmasına xidmət göstərən mərkəzin yaradılması üçün maliyyə dəstəyinə yenidən baxmalıdır. Bu mərkəzin yaradılması olduqca mühüm məsələdir. Bu mərkəz qonşu ölkələrdən tranzit axınının yaradılmasına böyük xidmət göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.