İQTİSADİYYAT


Azərbaycan Gürcüstanın ən iri investoru olaraq qalır

A+ A

Bakı, 7 oktyabr, AZƏRTAC

Azərbaycan bu ilin birinci yarısında Gürcüstana 283 milyon dollar investisiya yatırıb ki, bu da birbaşa xarici sərmayələrin ümumi həcminin 34 faizini təşkil edir. Beləliklə, Azərbaycan Gürcüstanın ən iri investoru olaraq qalır.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin məlumatında deyilir.

İkinci yerdə Böyük Britaniya 108 milyon dollar (13 faiz), üçüncü yerdə isə Türkiyə 85 milyon dollar (10,2 faiz) qərarlaşıb. Cari ilin birinci yarısında Gürcüstanda birbaşa xarici sərmayələrin həcmi 834 milyon dollar təşkil edib.

Hesabat dövründə ən çox investisiya nəqliyyat və rabitə sahəsinə qoyulub - 377 milyon dollar. Gürcüstan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların ümumi həcminin 45 faizi nəqliyyat və rabitənin payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.