Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

“Azərbaycan Hava Yolları” turizm mövsümünü başa vurur

Bakı, 22 sentyabr (AZƏRTAC, Ceyhun Rüstəmov). Son illər ölkəmizdə turizmin inkişafı özünün yeni yüksəliş mərhələsinə qədəm qoyub. Paytaxtımızda və respublikamızın səfalı bölgələrində yaradılmış müasir infrastruktur, yüksək xidmət mədəniyyəti xarici turistlərin Azərbaycana marağının artmasına səbəb olub. Təkcə bir faktı demək kifayətdir ki, ötən il ölkəmizə 2 milyon 500 mindən çox turist səfər edib. Bununla yanaşı, Azərbaycandan xaricdə dincəlməyə gedənlərin sayı da ilbəil artmaqdadır. Onların bir çoxu “Azərbaycan Hava Yolları”nın xidmətindən məmnuniyyətlə istifadə edir.

Türkiyənin cənnət bölgələrinə səyahət şansı
Sərnişinlərə yüksək səviyyədə xidmət göstərməyi qarşıya məqsəd qoyan “Azərbaycan Hava Yolları”nın devizi belədir: “Biz sizin üçün yaranmışıq”. Bu, gəlişigözəl kəlmələr deyil, sıralarında bir neçə min nəfərlik peşəkar və mehriban kollektivi birləşdirən milli aviaşirkətimizin sərnişinlərin rahatlığına yönəlmiş fəaliyyətinin real təcəssümüdür. Öz yüksək xidmət mədəniyyəti ilə fərqlənən “Azərbaycan Hava Yolları” bu missiyanı uğurla yerinə yetirir.

Uçuş coğrafiyasını genişləndirərək hazırda dünyanın 36 məntəqəsinə reyslər təşkil edən milli aviaşirkətimiz sərnişinlərə əlavə imkanlar da yaradır. Hər il olduğu kimi, bu il də turizm mövsümü ərəfəsində aviaşirkətin qardaş Türkiyənin ən məşhur turist məkanlarından olan Antalya, Bodrum, İzmir və Dalamana birbaşa aviareyslər açması səyahət həvəskarlarına sevinc bəxş etdi. Bununla da hər bir sərnişin “Azərbaycan Hava Yolları”nın yüksək servis xidmətindən yararlanmaqla, arzuladığı səfərə çıxmaq şansı qazandı.

Azərbaycanın media nümayəndələri Antalyada
“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərovun təşəbbüsü ilə bir qrup azərbaycanlı jurnalistin Antalyaya dörd günlük səfəri də maraqlı və yaddaqalan oldu. Bu səfər, eyni zamanda, KİV işçilərinin “Azərbaycan Hava Yolları” tərəfindən göstərilən xidmətlə əyani şəkildə tanış olmasına şərait yaratdı.

İndi isə səfər təəssüratları barədə. Sentyabrın 18-də Heydər Əliyev Beynəlxalq Aeroportundan yerli vaxtla saat 13-də havaya qalxan və göyərtəsində 71 nəfərin olduğu “Aerobus-340” hava gəmisi ilə uçuş zamanı həmsöhbət olduğum sərnişinlər “Azərbaycan Hava Yolları”ının yüksək xidmət səviyyəsindən razılıqlarını bildirirdilər.

Maksimal sürəti saatda 890 kilometr olan bu hava gəmisi birbaşa 15 min 742 kilometr məsafə qət edə bilir. Bu da öz növbəsində uzaqməsafəli uçuşları daha səmərəli həyata keçirməyə imkan yaradır. “Aerobus-340” təyyarələri bu gün dünyanın ən nüfuzlu aviaşirkətləri tərəfindən istifadə edilir. Hava gəmisi sərnişinlərin rahatlığını təmin etmək üçün bütün zəruri avadanlıqla təchiz olunub. O da ürəkaçan faktdır ki, sentyabrın 24-də açılacaq Bakı-Nyu-York aviareysi məhz bu təyyarə ilə həyata keçiriləcək.

İki saat 50 dəqiqə sürən uçuşdan sonra təyyarə Antalya hava limanında yerə endi. Azərbaycanlı jurnalistləri qonaqpərvərliklə qarşılayan “Summer Tour” turizm şirkətinin nümayəndəsi bizi Antalyanın ən məşhur otellərindən olan “Rixos” otelinə yerləşdirdi.

Türkiyəyə səfər edən azərbaycanlıların sayı

ilbəil artır

“Azərbaycan Hava Yolları” QSC prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli jurnalistlərə müsahibəsində qeyd etdi ki, artıq turizm mövsümünün sonuna yaxınlaşırıq. “Azərbaycan Hava Yolları”nın rəhbərliyi xoşməramlı addım ataraq aviaşirkətin fəaliyyətini işıqlandıran jurnalistlərin bir qrupunun Antalyada istirahətini təşkil edib.

Türkiyəyə istirahətə gedən azərbaycanlıların sayının ilbəil artdığını diqqətə çatdıran M.Səfərli vurğuladı ki, aviaşirkətin təyyarələri ilə Antalya, Bodrum, İzmir və Dalamana bu il 30 minədək yerli turist səfər edib. Türkiyənin turizm bölgələrinə aviareyslərin təşkil olunması QSC-nin azərbaycanlı turistlərin qardaş ölkəyə rahat və birbaşa səfər etmələri üçün yaratdığı əlverişli imkandır. Bu hava reysləri ölkələrimizin qarşılıqlı əlaqələrinin getdikcə möhkəmlənməsindən, ticarət və turizm əlaqələrinin artmasından xəbər verir. “Azərbaycan Hava Yolları” üzərinə ölkələrimiz arasındakı münasibətlərə töhfə vermək kimi şərəfli bir missiya götürüb. Yeni təyyarələr alındıqca Türkiyənin digər şəhərlərinə də uçuşların həyata keçirilməsi nəzərdə tutulur.

“Summer Tour” şirkətinin icraçı direktoru Təhminə Quliyeva jurnalistlərlə söhbət zamanı dedi ki, Bakı-Antalya-Bakı aviareysi açıldıqdan sonra azərbaycanlı turistlər Antalyaya daha çox gəlirlər. Burada ilin bütün fəsillərində turistlərə xidmət göstərilir. Yay mövsümündə 30 mindən çox turist qəbul etdiklərini diqqətə çatdıran icraçı direktor turistlərə bu cür gözəl imkan yaratdığına və əməkdaşlığa görə “Azərbaycan Hava Yolları”nın rəhbərliyinə təşəkkürünü bildirdi.

Antalya ilə tanışlıq
Səfər çərçivəsində jurnalistlərə Antalya ilə yaxından tanış olmaq, bu səfalı və qədim şəhərin tarixi yerlərini ziyarət etmək, dincəlmək üçün hər cür şərait yaradıldı. Türkiyənin cənubunda, Aralıq dənizi sahillərində yerləşən Antalya məşhur kurort şəhəridir. Ölkənin turizm paytaxtı sayılan bu məkan gözəl çimərlikləri ilə seçilir. Ərazisi 1,4 min kvadratkilometr, əhalisi təxminən 2 milyon olan Antalyaya il ərzində 10 milyona yaxın turist gəlir. Yeni və tarixi hissədən ibarət olan şəhərdə Aralıq dənizi iqlimi hakimdir. Yayı isti və quru, qışı mülayim və yağmurlu keçir. Ümumiyyətlə, Türkiyənin Aralıq dəniz sahilləri ekoloji baxımdan ən təmiz ərazilər hesab olunur. Özünəməxsus arxitekturası və tarixi abidələri ilə məşhur olan şəhər dağlarla əhatələnib.

Turist axınının daha çox qeydə alındığı məkan Qalayçı adlanan qədim şəhərdir. Antalyanın görməli yerlərinin əksəriyyəti də demək olar ki, bu ərazidə yerləşir. Buradakı evlərin çoxu mehmanxana və restorana çevrilib. Yivli minarəsi Antalyanın simvolu hesab olunur. Hündürlüyü 39 metrə çatan abidə 1230-cu ildə Sultan Ələddin Keyqubad tərəfindən inşa edilib. Əsası XIX əsrdə qoyulan Saat qülləsi, Xıdırlıq qalası, Adrianın qapıları, Atatürk və Mərmərli parkları da şəhər sakinləri və qonaqların sevimli istirahət məkanlarıdır. Türkiyənin ən zəngin muzeylərindən biri məhz Antalyadadır. Burada Osmanlı imperiyasınaqədərki dövrün tapıntıları, romalılara aid heykəllərlə işlənmiş sarkofaqlar nümayiş olunur.

Zəngin təəssüratlarla Bakıya doğru
Türkiyənin cənnət bölgəsində aldığı xoş təəssüratları bölüşən həmkarım M.Əhmədoğlu Antalyada ilk dəfə olduğunu vurğulayaraq dedi: “Həqiqətən də bu bölgə gözəl təbiətə, qədim tarixə malikdir. Bilirdim ki, Türkiyə tanınıb-seçilən turist məkanları ilə məşhurdur. Antalyada bunu öz gözlərimlə gördüm. Təsadüfi deyil ki, “Azərbaycan Hava Yolları”nın qardaş Türkiyəni gəzib görmək üçün yaratdığı bu gözəl fürsətdən çoxları yararlanıb. Bu aviareys təkcə turist səfərləri üçün deyil, eyni zamanda, ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Bu işdə “Azərbaycan Hava Yolları”na uğurlar arzulayıram”.

Jurnalist Nurlan Əliyev isə “Azərbaycan Hava Yolları”nın yerli media işçiləri üçün yaratdığı bu fürsəti yüksək qiymətləndirərək dedi: “Biz Antalyaya ən müasir hava gəmilərindən olan “Aerobus-340” təyyarəsi ilə uçduq. Öz rahatlığı ilə seçilən bu təyyarənin uçuş heyətinin sərnişinlərə göstərdiyi yüksək xidmətin şəxsən şahidi oldum. Bir jurnalist olaraq mənə məlumdur ki, təhlükəsiz uçuşları ilə seçilən milli aviaşirkətimiz öz təyyarə parkını son illər bir çox müasir hava gəmiləri ilə zənginləşdirib. Bu günlərdə Nyu-Yorka açılması nəzərdə tutulan birbaşa aviareys də “Azərbaycan Hava Yolları”nın geniş imkanlarından xəbər verir. Siz də bilirsiniz ki, ABŞ-ın Federal Aviasiya Administrasiyası heç də hər şirkətə aviasiya sahəsində uçuşların təşkilinin və təhlükəsizliyinə nəzarətin səviyyəsinin “1-ci dərəcə”yə uyğunluğu barədə müsbət rəy vermir. “Azərbaycan Hava Yolları” bu proseduru uğurla başa vuraraq, ABŞ aeroportlarına müntəzəm uçuşlar həyata keçirmək hüququ əldə edib. Milli aviasiyamızın bu və digər uğurları həqiqətən qürurvericidir və mediada daha tez-tez işıqlandırılmağa layiqdir.

Yerli media işçilərinin Antalya ilə tanışlığı sentyabrın 21-də başa çatdı. 160 sərnişinlə paytaxt Bakıya dönən “Boeing-757” təyyarəsində jurnalistlər, yerli turistlər bir-biriləri ilə xoş təəssüratlarını bölüşürdülər.

Bu gün Azərbaycanın mülki aviasiyası ölkənin ümumi inkişafının, qüdrətli iqtisadi potensialının güzgüsünə çevrilib, sərnişinlərin seçim və etibarını qazanmaqla ölkəmizi xaricdə də layiqincə təmsil edir. Regionda, eyni zamanda, MDB məkanında yeni hava gəmilərinin sayına görə lider olan “Azərbaycan Hava Yolları”nın təyyarə parkı əsasən “Boeing-757”, “Boeing-767”, “Aerobus-319”, “Aerorbus-320”, “Aerobus-340”, “Embraer-170” və “Embraer-190” kimi müasir avialaynerlərdən ibarətdir. Əminliklə demək olar ki, aviaşirkət uçuş coğrafiyasını daha da genişləndirəcək və dünyanın hər yerinə körpülər salacaq.

Ceyhun Rüstəmov

AZƏRTAC-ın müxbiri

Bakı-Antalya-Bakı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub