İQTİSADİYYAT
“Azərbaycan Hava Yolları” xüsusi "yay aksiyası" keçirir VİDEO
Bakı, 24 iyun, AZƏRTAC
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (“AZAL”) uçuşlarında xüsusi “Yay aksiyası” keçirir.
“AZAL”-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aşağıda göstərilən istiqamətlərdə güzəştli qiymətlər tətbiq olunacaq.
Dubay “gediş-dönüş” cəmi 232 Avro;
Rostov-Don “gediş-dönüş” cəmi 289 Avro;
Bişkek “gediş-dönüş” cəmi 339 Avro;
London “gediş-dönüş” cəmi 409 Avro;
Roma “gediş-dönüş” cəmi 429 Avro;
Milan “gediş-dönüş” cəmi 429 Avro;
Paris “gediş-dönüş” cəmi 449 Avro;
Qeyd edək ki, uçuş tarixləri iyulun 2-dən sentyabrın 30-a kimidir, biletlərin satış tarixləri – iyulun 1-dən avqustun 31-nə kimidir.
Dubay istiqamətində uçuş və satış tarixləri isə iyunun 25-dən iyulun 31-nə kimi müəyyənləşdirilib.
Aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir. Bu siniflər üzrə mile-ballar hesaba əlavə olunmur. Yerlər məhdud ola bilər. Ölkədə maksimal qalma müddəti bir ay, yığımlar və rüsumlar biletə daxildir.