İDMAN


Azərbaycan Həndbol Federasiyası loqotipini yeniləyib

Bakı, 8 fevral, AZƏRTAC

Azərbaycan Həndbol Federasiyası (AHF) loqotipini yeniləyib.

AHF-dən AZƏRTAC-a verilən xəbərə görə, federasiyanın loqotipi bundan sonra ay və ulduz əks olunan formada deyil, alov şəklində olacaq. Üzərində həndbolçu silueti olan top federasiyanın həndbol idmanına aid olmağını vurğulayır. Topu bürüyən alov loqotipi daha əzəmətli göstərir. Yeni loqotipdə Azərbaycanın dövlət bayrağının rənglərinin əks olunması milli dəyərlərə bağlılığın simvoludur.

Loqotipin təqdimatı federasiyanın yaxın günlərdə köçəcəyi “SDN” Biznes Mərkəzində planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.