SİYASƏT
Azərbaycan İƏT-ə üzv ölkələr arasında əlaqələrin güclənməsində böyük rol oynayır
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvlərindəndir və təşkilata daxil olan ölkələr arasında əlaqələrin möhkəmlənməsində böyük rol oynayır.
Bu sözləri oktyabrın 20-də Bakıda keçirilən “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V Beynəlxalq konfransın iştirakçısı, Mərakeşin Qadın və Ailə Məsələləri üzrə Nazirliyinin şöbə müdiri xanım Əminə Süleymani Əl-Huvari AZƏRTAC-a müsahibəsində deyib.
Ölkəmizə ilk səfərindən məmnun qaldığını söyləyən qonaq konfransın yüksək səviyyədə təşkil edildiyini bildirib və nümayəndə heyətlərinə göstərilən yüksək qonaqpərvərliyə görə Azərbaycan hökumətinə təşəkkür edib.
Konfransın əhəmiyyətindən danışan Əminə Süleymani bildirib ki, müzakirə olunan məsələlər təşkilata üzv ölkələrdə qadın problemlərinin həllinə kömək edəcək və davamlı inkişafda qadınların rolunu gücləndirəcək.