İQTİSADİYYAT


“Azərbaycan İES” MMC altı ayda 2 milyard 768 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edib

A+ A

Bakı, 28 iyul, AZƏRTAC 

“Azərbaycan İES” MMC-də iyun ayında 389 milyon kilovat-saata qədər, o cümlədən ikinci rüb ərzində 1 milyard 195 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal olunub.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, energetiklər cari ilin birinci yarısında 2 milyard 768 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal ediblər.

Təsdiq edilmiş təmir qrafikinə uyğun olaraq 2016-cı ilin II rübündə dördüncü enerji blokunda əsaslı təmir işləri aparılıb və hazırda bu proses davam edir.

Hazırda dispetçer yük qrafikinə əməl olunmaqla “Azərbaycan İES” MMC-də sutka ərzində 16-17 milyon kilovat-saat elektrik enerjisi istehsal edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.