İQTİSADİYYAT


“Azərbaycan” İES-də bir ayda 569 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib

A+ A

Bakı, 1 dekabr, AZƏRTAC

Bu ilin oktyabr ayında “Azərbaycan” İstilik Elektrik Stansiyasında (İES) 569 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. Ötən 10 ayda isə stansiyada elektrik enerjisi istehsalı 5,3 milyard kilovat-saatdan çox olub.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, stansiyanın kollektivi hesabat dövründə texniki-iqtisadi göstəricilər üzrə verilmiş tapşırıqları tam həcmdə yerinə yetirib, 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq işləri görüb.

Hazırda stansiyada dispetçer yük qrafikinə uyğun olaraq sutkada 20 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilir.

Qeyd edək ki, bu elektrik stansiyasının birinci bloku 1981-ci ildə, sonuncu bloku isə 1990-cı ildə istismara verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.