İQTİSADİYYAT
“Azərbaycan” İES üzrə ötən doqquz ayda 5 milyard 651 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal olunub
Bakı,14 oktyabr, AZƏRTAC
Ölkəmizin ən böyük enerji istehsalçısı olan “Azərbaycan” İstilik Elektrik Stansiyası üzrə ötən doqquz ayda 5 milyard 651 milyon kilovat-saatdan (kVt) çox elektrik enerjisi istehsal olunub. Üçüncü rübdə isə 2 milyard 59,3 milyon kilovat-saat elektrik enerjisi hasil edilərək enerjisistemə ötürülüb. Sentyabr ayında elektrik enerjisi üzrə istehsal 650 milyon 731 min kVt-saat təşkil edib.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, stansiyada elektrik enerjisinin xüsusi sərfində qənaətə nail olunub. Bu müddətdə mütəmadi olaraq enerji bloklarının və avadanlığının istismarı ilə yanaşı, onlarda təmir və profilaktiki yoxlama-sınaq işləri də aparılıb. Eyni zamanda, ətraf mühitin mühafizəsi, yanğın, texniki təhlükəsizlik və əməyin mühafizəsi tədbirləri həyata keçirilib. Hər il olduğu kimi, bu il də stansiyada qarşıdakı payız-qış mövsümünə hazırlıq işləri görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]