REGİONLAR


“Azərbaycan” İES yeddi ayda 3,4 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edib

A+ A

Bakı, 31 avqust, AZƏRTAC

“Azərbaycan İES” MMC-də cari ilin ötən 7 ayı ərzində texniki-iqtisadi göstəricilər üzrə proqnozlar tam həcmdə yerinə yetirilib. Belə ki, 2016-cı ilin 7 ayı ərzində elektrik enerjisi istehsalı 3,4 milyard kilovat-saatdan çox, o cümlədən iyul ayında 636,9 milyon kilovat-saata yaxın olub.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyul ayı ərzində stansiyada enerji bloklarının və avadanlığın dayanıqlı və fasiləsiz işinin təmin olunması məqsədilə nəzərdə tutulmuş profilaktik yoxlamalar aparılıb. Mütəxəssislər dördüncü enerji blokunda əsaslı təmiri başa çatdırıb, yeddinci enerji blokunda isə təmir işlərinə başlayıblar. Hazırda stansiyada sutka ərzində dispetçer yük qrafikinə uyğun olaraq, 22-23 milyon kilovat-saat elektrik enerjisi istehsal olunur.

“Şəmkir” Su Elektrik Stansiyaları Silsiləsində (SESS) hidroaqreqatlara və avadanlıqlara normal texniki qulluğun nəticəsidir ki, bu müəssisənin kollektivi müntəzəm olaraq aylıq proqnozu artıqlamasilə yerinə yetirir. Ötən 7 ayda “Şəmkir” SES-də 545,4 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. “Yenikənd” SES-də 216,4 milyon kilovat-saat, yeni fəaliyyətə başlayan “Şəmkirçay” SES-də isə 19,7 milyon kilovat-saat elektrik enerjisi istehsal edilərək, enerji sistemə ötürülüb. Ümumilikdə, silsilə üzrə 783,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

Müəssisə əməkçiləri bu aylar ərzində elektrik enerjisinin xüsusi sərfiyyatında xeyli qənaətə də nail olublar.

Hər iki stansiya üzrə təmir-bərpa işləri “Azərenerji” ASC-nin təsdiq etdiyi 2016-cı ilin plan-qrafikləri üzrə aparılır. Stansiyalarda olan hidroaqreqatlar və digər köməkçi avadanlıq işlək vəziyyətdədir. Bununla yanaşı, avadanlıq və qurğularda təmir işləri və profilaktiki yoxlamalar davam etdirilir. Müəssisədə yaz-yay sel sularının qəbulu və ötürülməsi də uğurla başa çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.