MƏDƏNİYYƏT
Azərbaycan “İTB Berlin” beynəlxalq turizm sərgisində təmsil olunacaq
Bakı, 6 mart, AZƏRTAC
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev martın 8-dən 12-dək “İTB Berlin” beynəlxalq turizm sərgisində iştirak edəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, martın 8-də beynəlxalq turizm sərgisi çərçivəsində Azərbaycan stendinin açılışı olacaq.
Səfər çərçivəsində Ə.Qarayevin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, Almaniya Bundestaqının deputatı, parlamentin Cənubi Qafqaz Dostluq Qrupunun sədri Karin Ştrens, “İTB Berlin” sərgisinin rəhbəri David Rüts və Bundestaqın Turizm Komitəsinin sədri Hayke Bremerlə görüşləri nəzərdə tutulur.
Nazir, həmçinin martın 8-də “İTB Berlin” sərgisi çərçivəsində keçiriləcək İpək Yolu ölkələrinin Turizm Nazirlərinin 7-ci görüşündə və Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi ilə bağlı tədbirdə iştirak edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]
“Bu il Türkiyənin turizm sektorunda bahalaşma qeydə alınıb” – açıqlama
- 05.08.2023 [10:52]