SİYASƏT


Azərbaycan “İpək Yolu üzərində hüquqi xidmətlər” mövzusunda beynəlxalq forumda təmsil olunub

A+ A

Pekin, 24 noyabr, AZƏRTAC

Çinin İvu şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) “İpək Yolu üzərində hüquqi xidmətlər” mövzusunda beynəlxalq forumu keçirilib. Çin Xalq Respublikasının Ədliyyə Nazirliyinin ev sahibliyi ilə keçirilən tədbirdə Azərbaycanı ədliyyə nazirinin müavini Vilayət Zahirovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Forumda ŞƏT-ə üzv, müşahidəçi və dialoq üzrə tərəfdaş olan ölkələrin Ədliyyə nazirliklərinin rəhbər şəxsləri, beynəlxalq təşkilatların nümayəndələri, hüquq sahəsi üzrə nüfuzlu ekspert və alimlər iştirak ediblər.

Tədbirdə hüquqi yardım və əməkdaşlıq məsələlərinə həsr olunmuş mövzular üzrə müzakirələr aparılıb. Azərbaycan nümayəndə heyəti forumun işində fəal iştirak edərək ölkəmizdə aparılan hərtərəfli islahatlar, o cümlədən məhkəmə-hüquq islahatları, qanunvericiliyin təkmilləşdirilməsi, ikitərəfli və çoxtərəfli müqavilələrin icrası məsələləri barədə ətraflı məlumat verib. Həmçinin tarixi İpək Yolu üzərində yerləşən ölkəmizin xüsusi rolundan danışılıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlər forum iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirin sonuncu günündə beynəlxalq forumun nəticələri ümumiləşdirilib və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində işbirliyinin daha da genişləndirilməsi qərara alınıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.