İQTİSADİYYAT


Azərbaycan İpoteka Fondu auditor seçir

A+ A

Bakı, 13 oktyabr, AZƏRTAC

"Azərbaycan İpoteka Fondu" ASC 2016-cı il üçün maliyyə hesabatlarının auditinin keçirilməsi üzrə kənar auditorun seçilməsi ilə bağlı təkliflər sorğusu elan edib.

AZƏRTAC ASC-yə istinadla xəbər verir ki, satınalmada iştirak haqqı 150 manatdır. Satınalma üzrə ilkin sənədlər oktyabrın 26-dək, təklif zərfləri isə noyabrın 7-nə qədər qəbul ediləcək. Məsələ üzrə zərflər noyabrın 8-i saat 15:00-da cəmiyyətin inzibati binasında açılacaq.

Satınalmanın nəticəsi nizamnaməyə uyğun olaraq cəmiyyətin müşahidə şurası tərəfindən təsdiq olunduqdan sonra satınalmanın qalibi elan ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.