İQTİSADİYYAT


Azərbaycan-İran biznes forumunda 50-dən artıq İran şirkəti iştirak edəcək

A+ A

Bakı, 16 sentyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və "Pars Pegah Tejarat" Beynəlxalq Ticarət Şirkətinin təşkilatçılığı ilə sentyabrın 20-də Bakıda Azərbaycan-İran biznes forumu keçiriləcək.

AZPROMO-dan AZƏRTAC-a bildiriblər ki, tədbir sentyabrın 19-21-də Bakıda keçiriləcək "İran Project-2016" sərgisi çərçivəsində baş tutacaq. Biznes foruma neft-qaz, kimya, inşaat, energetika, su təchizatı avadanlıqları, texniki və mühəndislik xidmətləri, turizm, kənd təsərrüfatı, logistika, əczaçılıq, avtomobil istehsalı və digər sahələrdə fəaliyyət göstərən 50-dən artıq İran şirkətinin qatılacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.