SİYASƏT


Azərbaycan-İran əlaqələri dostluq, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsipləri əsasında uğurla inkişaf edir

A+ A

Bakı, 2 avqust, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və İran arasında əlaqələrin dostluq, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsipləri əsasında uğurla inkişaf etdiyi qeyd olunub, nəqliyyat, əczaçılıq, maşınqayırma, neft-qaz, energetika, kənd təsərrüfatı, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlığın səviyyəsindən məmnunluq bildirilib.

Tərəflər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə avqustun 8-də keçiriləcək Azərbaycan-İran-Rusiya dövlət başçılarının üçtərəfli görüşünün əhəmiyyətini vurğulayıblar.

Şimal-Cənub nəqliyyat dəhlizinin dövlət başçılarının üçtərəfli görüşündə əsas mövzulardan biri olacağını qeyd edən nazirlər bu layihənin regionlararası əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə ediblər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.