SİYASƏT


Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli Zirvə görüşü Rusiya mediasının diqqət mərkəzində

A+ A

Bakı, 9 avqust, AZƏRTAC

Azərbaycan, İran və Rusiya prezidentlərinin Bakıda keçirilən üçtərəfli Zirvə görüşü Rusiya mediasının diqqət mərkəzində olub.

Zirvə görüşü “Rossiya 24” kanalında canlı yayımlanıb. Rusiyanın geniş auditoriyaya malik olan bu kanalı Azərbaycan Prezidenti İlham Əliyevin, İran Prezidenti Həsən Ruhaninin və Rusiya Prezidenti Vladimir Putinin çıxışlarını təqdim edib.

Görüş Rusiyanın Birinci kanalının da əsas xəbərlərindən olub. Bu görüşü siyasi xronikanın bir nömrəli xəbəri adlandıran telekanal Rusiya, İran və Azərbaycan liderlərinin Bakıda irimiqyaslı layihələri, o cümlədən Hindistandan Şimali Avropaya qədər uzanacaq yeni nəqliyyat dəhlizini müzakirə etdiklərini bildirib. Tamaşaçıların diqqətinə çatdırılıb ki, gündəlikdə duran məsələlərdən biri terrorizmə qarşı mübarizə və təhlükəsizlik məsələləri olub. Jurnalist İlya Kostinin hazırladığı reportajda vurğulanıb ki, böyük Xəzər üçlüyünün sammitinə toplaşan Azərbaycan, İran və Rusiya dövlət başçıları bu formatda ilk dəfədir görüşürlər.

Birinci kanalın təqdim etdiyi digər süjetdə prezidentlər İlham Əliyev ilə Vladimir Putin arasında keçirilən görüşə xüsusi diqqət ayrılıb.

Zirvə görüşü haqqında daha bir reportaj “Euronews” kanalında yayımlanıb. Reportajda Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü haqqında məlumat verilib. Həmçinin Bakıda Rusiya və İran prezidentlərinin ikitərəfli görüşünə də yer ayrılıb. Süjetdə qeyd edilib ki, prezidentlər regionda baş verən son prosesləri, terrorizmlə mübarizə məsələsini müzakirə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.