İDMAN


Azərbaycan, İran və Türkiyə Stolüstü Tennis federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb

Bakı, 23 may, AZƏRTAC

Azərbaycan, İran və Türkiyə Stolüstü Tennis federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, memorandumu iqtisadiyyat naziri, Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayev, İran Stolüstü Tennis Federasiyasının prezidenti Mehrdad Əliqardaşi, Türkiyə Stolüstü Tennis Federasiyasının prezidenti Kerim Koç imzalayıblar.

Memorandum idmançıların perspektivlərini artırmağı, təcrübə mübadiləsi üçün qarşılıqlı klub liqa yarışlarında iştirak etməyi nəzərdə tutur. Həmçinin memorandum çərçivəsində birgə təlim-məşq toplanışlarının və turnirlərin təşkil edilməsi, ev sahibinin bütün turnirlərdə digər tərəfin idmançılarını da dəvət etməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.