SİYASƏT
Azərbaycan-İsrail əməkdaşlığının mövcud səviyyəsindən məmnunluq ifadə edilib
Bakı, 29 iyul, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar İsrailin ölkəmizdəki səfiri Rafael Harpaz ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasındakı əməkdaşlığın mövcud səviyyəsindən məmnunluq ifadə olunub.
Rafael Harpaz diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və ölkələrimizin dostluq əlaqələrinin genişlənməsi üçün səylərini əsirgəmədiyini vurğulayıb.
Elmar Məmmədyarov Azərbaycan ilə İsrail arasındakı əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə səfirə təşəkkürünü bildirib və ona gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.