İQTİSADİYYAT


Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida sərgisində təmsil olunacaq

Bakı, 28 iyul, AZƏRTAC

Sentyabrın 20-23-də İstanbulda “CNR Food İstanbul 2017” Beynəlxalq qida və içki məhsulları, qida emalı sistemləri, qablaşdırma, soyutma, daşıma və market avadanlığı sərgisi keçiriləcək.

AZƏRTAC sərginin saytına istinadla xəbər verir ki, “CNR Food İstanbul 2017”də Azərbaycan, İtaliya, Almaniya, Böyük Britaniya, Yunanıstan, Çin, Yaponiya, İran, İraq, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Sudan, Hindistan, Əlcəzair, Tunis, Rusiya və digər ölkələrdən bu sektorda fəaliyyət göstərən şirkətlər təmsil olunacaq.

Ümumilikdə, tədbirdə çoxlu sayda yerli şirkət və 84 ölkədən 35 minə yaxın ziyarətçinin gəlməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.