CƏMİYYƏT


Azərbaycan İstiqlal Muzeyində insan haqları mövzusunda tədbir keçirilib

A+ A

Bakı, 20 sentyabr, Zərəngiz Mansurova, AZƏRTAC

Sentyabrın 20-də Azərbaycan İstiqlal Muzeyində “İnsan haqları, humanizm və maarifçilik” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan İstiqlal Muzeyinin elmi-kütləvi işlər şöbəsinin müdiri Sədi Mirseyibli Konstitusiyada insan haqlarının inkarolunmaz bir hüquq kimi təsbit olunduğunu söyləyib. Natiq, bütün insanların eyni hüquqa malik olduqlarını və bu hüquqların hamıya aid edildiyini bildirib.

“Polisə dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev mövzu ilə bağlı çıxış edib. Bildirib ki, insan haqları demək olar ki, dünyanın bütün ölkələri tərəfindən qəbul edilir. Konstitusiyalarda əsas hüquqların və beynəlxalq razılaşmaların köməyi ilə insan haqları inkar olunmaz bir hüquq kimi təsdiqlənir. Beynəlxalq aləmdə insan haqları BMT-nin deklarasiyası ilə qanuniləşdirilib.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrinin, Milli Qvardiyanın əsgərlərinin, Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin və digər qonaqların iştirak etdikləri tədbirdə “İnsan haqları nədir?” adlı film nümayiş olundu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.