Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan-İtaliya parlamentlərarası əlaqələri inkişaf edir

Bakı, 26 may, AZƏRTAC

Mayın 26-da Milli Məclisin sədri Oqtay Əsədov İtaliya Respublikası Senatının Avropa İttifaqının siyasəti daimi komissiyasının sədri, senator Vanino Kitinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin sədri əmin olduğunu bildirib ki, bu səfər parlamentlərarası əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək. O qeyd edib ki, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq mövcuddur. Dövlət başçıları arasındakı münasibətlər, Prezident İlham Əliyevin İtaliyaya səfəri zamanı keçirilən görüşlər əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə qaldırıb. İndiyədək ölkələrimiz arasında 39 sənəd imzalanıb ki, bu da səmərəli əməkdaşlığa möhkəm hüquqi təminat verir.

İqtisadi əməkdaşlığın yüksək səviyyədə olduğunu deyən sədr bildirib ki, vaxtilə iki ölkə arasında ticarət dövriyyəsi 5 milyard ABŞ dolları həcmində olub. Oqtay Əsədov son dövrdə bu sahədə azalma müşahidə olunsa da, gələcəkdə bu göstəricinin daha da yüksələcəyinə inandığını qeyd edib.

Söhbət zamanı Milli Məclisin sədri parlamentlər səviyyəsində münasibətlərin yüksək səviyyədə olduğunu bildirib, hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdirəlayiq hesab edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan Milli Məclisin sədri diqqəti işğalçı Ermənistanın təxribatlarına cəlb edib. Bildirilib ki, BMT Təhlükəsizlik Şurasının, AŞPA-nın münaqişə ilə bağlı qərar və qətnamələrinə məhəl qoymayan Ermənistan işğalçılıq siyasətini davam etdirir. Problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu ötən dövr ərzində heç bir real nəticə əldə etməyib. Cəbhənin təmas xəttində erməni silahlı birləşmələri mülki əhalini iriçaplı silahlardan atəşə tutur. Bunun nəticəsi kimi aprel hadisələri yaşandı və Azərbaycan Ordusu təcavüzkara layiqli cavab verdi. Oqtay Əsədov vurğulayıb ki, işğalçı ilə işğala məruz qalanı eyniləşdirmək olmaz. Azərbaycan bununla heç vaxt barışmayacaq. Ölkələrin ərazi bütövlüyü prinsipi Azərbaycanın prinsipial mövqeyidir.

Senator Vanino Kiti ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. O, İtaliyanın Qafqazın bu bölgəsi ilə əlaqələrin inkişafına böyük maraq göstərdiyini xüsusi vurğulayıb. Bildirib ki, dövlət başçıları arasındakı səmimi münasibətlər əlaqələrimizin inkişafına müsbət təsirini göstərir.

Qonaq parlamentlər səviyyəsində əməkdaşlığın dərinləşməsindən söz açaraq deyib ki, deputatların qarşılıqlı səfərləri, müvafiq komitələr arasında birbaşa əlaqələrin qurulması təcrübə mübadiləsi baxımından çox önəmlidir.

X X X

Həmin gün İtaliya nümayəndə heyəti Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə də görüşüb.

Komitənin sədr müavini Sevinc Fətəliyeva ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrindən söz açıb. O, Azərbaycanın tarixən Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə olmasından, müstəqillik dövründə əldə etdiyi siyasi-iqtisadi uğurlardan və demokratik institutların bərqərar olmasından danışıb. Xalqımızın tolerantlığı, ölkəmizdə multikultural dəyərlərə və insan hüquqlarının qorunmasına xüsusi önəm verildiyi diqqətə çatdırılıb. Bu günlərdə Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə parlamentdə yeni amnistiya aktı qəbul olunduğu vurğulanıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, qaçqın və məcburi köçkünə çevrilmiş 1 milyondan çox soydaşımızın hüquqlarının bərpasının vacibliyi qeyd edilib.

Nümayəndə heyətinin rəhbəri Vanino Kiti İtaliyanın Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu söyləyib. O, parlamentlərarası əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. Senator ölkəmizdəki inkişafı, demokratik dəyərlərə üstünlük verilməsini, insan haqları sahəsindəki uğurlu addımları, sözügedən amnistiya aktını məmnunluqla qeyd edib. O, İtaliyanın Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu söyləyib.

X X X

Nümayəndə heyətinin daha bir görüşü Milli Məclisin İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə keçirilib.

İşçi qrupun rəhbəri, deputat Azər Kərimli görüşdə deyib ki, Azərbaycan dünya dövlətləri, o cümlədən İtaliya ilə əlaqələrin inkişafına böyük önəm verir. Hazırda bu dost ölkə ilə siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıq inkişaf edir. Həyata keçirilən iqtisadi islahatlardan, Azərbaycanın təşəbbüskarı və fəal iştirakçısı olduğu qlobal layihələrdən söz açan deputat bildirib ki, bu gün ölkəmizin Avropanın enerji təhlükəsizliyi sistemində özünəməxsus rolu var.

İşçi qrupun rəhbəri parlamentlərarası əlaqələrin inkişafında dostluq qruplarının rolunu qeyd edərək deyib ki, İtaliya parlamentində Azərbaycanla dostluq qrupu ən böyük qrupdur, sayca 65 nəfəri əhatə edir. Milli Məclisdə də İtaliya ilə əlaqələr üzrə işçi qrupu ən böyük qruplardan biridir. Deputatlarımız müxtəlif beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq edirlər. Nümayəndə heyətlərinin qarşılıqlı səfərləri təcrübə və informasiya mübadiləsi baxımından çox önəmlidir.

Görüşdə qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcud durumu barədə də məlumat verilib. Qeyd edilib ki, Azərbaycan bütövlükdə regionun təhlükəsizliyini təhdid altında saxlayan münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Amma Ermənistan dövləti Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT-nin və digər beynəlxalq qurumların qəbul etdiyi sənədlərə məhəl qoymur.

Senator Vanino Kiti Azərbaycanda ilk dəfə səfərdə olduqlarını, burada gördüklərindən, keçirdikləri görüşlərdən olduqca məmnun qaldıqlarını söyləyib. O deyib ki, İtaliya böyük iqtisadi potensiala malik Azərbaycanın Avratlantik məkana inteqrasiyasına və ölkədə aparılan islahatlara gələcəkdə də dəstək vermək niyyətindədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib