MƏDƏNİYYƏT


Azərbaycan-Kolumbiya şeiri antologiyası Kolumbiyada təqdim olunub

Bakı, 5 iyun, AZƏRTAC

Bu günlərdə Kolumbiya və Azərbaycan xarici işlər nazirlərinin Boqotada baş tutan görüşündə bu ölkənin xarici işlər naziri xanım Mariya Anxela Olgin “İyirmi şeir” (Azərbaycan-Kolumbiya şeiri antologiyası) kitabını xarici işlər nazirimiz Elmar Məmmədyarova təqdim edib.

Qeyd edək ki, bu kitabı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi Kolumbiyanın ölkəmizdəki səfirliyi ilə birgə ərsəyə gətirib.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Mariya Anxela Olgin deyib: “Belə bir toplunun işıq üzü görməsi Kolumbiya ilə Azərbaycan arasında münasibətlərə böyük töhfə verəcək. Məhz ədəbiyyat sahəsində irəli sürülən bu sayaq təşəbbüslər ölkələrimiz arasında anlaşmanın və dostluğun möhkəmlənməsində əsaslı rol oynayacaq. Kitabda Kolumbiya ədəbiyyatı nümunələri dahi Azərbaycan şairləri Nizami Gəncəvi və İmadəddin Nəsiminin, həmçinin müasir Azərbaycan poeziyasının digər qələm sahiblərinin şeirləri ilə yanaşı təqdim olunur. Kitabın təqdimatı iyunun 13-də Bakıda baş tutacaq”.

Daha sonra Elmar Məmmədyarov “İyirmi şeir” kitabı ilə bağlı fikirlərini bölüşüb: “Ərsəyə gəlmiş bu kitab Azərbaycan-Kolumbiya əlaqələrinin yüksələn xətt üzrə inkişafı üçün gözəl nümunə olacaq. Antologiya bizim düzgün istiqamətdə addımladığımızı göstərən vacib elementdir”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.