MƏDƏNİYYƏT
Azərbaycan Konqreslər Bürosu yerli hotel brendini öz sıralarına qəbul edib
Bakı, 21 dekabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu daha bir peşəkar turizm bazarı iştirakçısını öz üzvlüyünə qəbul edib.
Nazilriyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Büronun yeni üzvü olan “Qafqaz Baku City Hotel & Residence” ölkənin yerli brend otellərindəndir.
Ölkənin MİCE (biznes turizm) bazarının inkişafı və beynəlxalq arenada aparıcı turizm məkanı kimi tanınması üçün çalışan Azərbaycan Konqreslər Bürosu “Qafqaz Baku City Hotel & Residence” mehmanxanasının bu sıraya qoşulmasını aparılan uğurlu fəaliyyətin nəticəsi kimi qiymətləndirir.
“Qafqaz Baku City Hotel & Residence” biznes və kommersiya məqsədilə Bakıya səfər edən qonaqlar üçün əlverişli məkanda yerləşir. Otel müştəri məmnuniyyətini ödəyən və beynəlxalq standartlara cavab verən 316 müasir otaq və 9 rezidensiyadan ibarətdir. Mehmanxanada, həmçinin ən müasir texnoloji avadanlıqlarla təchiz olunmuş 120 nəfərlik konfrans zalları var.