MƏDƏNİYYƏT
Azərbaycan Konqreslər Bürosunun üzvlərinin sayı genişlənir
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu daha bir peşəkar turizm bazarı iştirakçısını öz üzvlüyünə qəbul edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, büroya yeni üzv olan “Caspian Event Organisers” şirkəti qurultay, konfrans və iclasların təşkil olunması üçün planlaşdırma və idarəetmə, qiymət təklifi dəstəyi, qeydiyyat, yerli idarəetmə və təhlükəsizlik, dövlət orqanları ilə əlaqələndirmə, ictimai əlaqələrin qurulmasına dəstək və yerləşdirmə xidmətləri də daxil olmaqla geniş xidmət çeşidi təklif edir. On beş ildən çox uğurlu təcrübəsi olan şirkət bütün dünyada inam və etibar qazanıb.
Hazırda 1000-dən çox peşəkar işçi heyəti ilə dünyanın 27-dən artıq ölkəsində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupunun Azərbaycanda tərəfdaşı olan “Caspian Event Organisers” biznes sahəsində mühüm və aparıcı mövqe tutan mərasimlərin təşkili, təşviqi və satışı ilə məşğuldur.