İQTİSADİYYAT


Azərbaycan Konqreslər Bürosunun üzvlərinin siyahısı genişlənir

A+ A

Bakı, 17 noyabr, AZƏRTAC

Azərbaycana beynəlxalq sərmayələri cəlb etməklə, ölkəmizi dünyanın əvəzolunmaz görüşlər məkanına çevirmək istiqamətində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu (AKB) öz üzvləri sırasına daha bir tərəfdaşı qəbul edib.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, BCD Global Travel AKB-nin yeni üzvü seçilib. Bu əməkdaşlıq yerli turizm şirkətləri və mehmanxanaların işinin yaxşılaşdırılması, turistlərin sayının artırılması və bunun sayəsində də gəlirlərin çoxalması üçün olduqca əhəmiyyətlidir.

1999-cu ildən fəaliyyət göstərən BCD Global Travel Azərbaycanın aparıcı turizm agentliklərindən olub, yüksək keyfiyyətli biznes və istirahət səyahət xidmətləri göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.