SİYASƏT
Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Referendum Aktının layihəsi Konstitusiya Məhkəməsinə göndərilib
Bakı, 18 iyul, AZƏRTAC
İyulun 18-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Sərəncam imzalayıb.
Sərəncama əsasən, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilir.
Layihənin mətni ilə AZƏRTAC-ın saytında tanış ola bilərsiniz.