CƏMİYYƏT


“Azərbaycan Könüllülük Xidməti” yay məktəbi başa çatıb

A+ A

Bakı, 16 iyul, AZƏRTAC

Gəncədə keçirilən “Azərbaycan Könüllülük Xidməti” yay məktəbi başa çatıb. Yay məktəbi Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən Gənclər və İdman Nazirliyi, Prezident yanında Gənclər Fondunun dəstəyi ilə təşkil olunub.

Milli Şuradan AZƏRTAC-a bildiriblər ki, yay məktəbi ölkənin gənclər təşkilatlarının könüllülərinin mübadiləsini təşkil etməklə onların bu sahədəki təcrübələrini genişləndirmək, habelə könüllülük dəyərlərini bölüşmək və gənclərin bu sahəyə verə biləcəkləri töhfələri üzə çıxarmaq məqsədi daşıyıb.

Dörd gün davam edən yay məktəbində 60 gəncin iştirakı ilə “Könüllülük nədir?” seminarı, “Avropada könüllülük: ən yaxşı təcrübələr”, “Könüllülərin cəlb olunması və motivasiyası”, “Könüllülərin idarə edilməsi” kimi mövzularda təlimlər təşkil olunub. Yay məktəbi çərçivəsində gənclər dövlət rəsmilərinin iştirakı ilə “Azərbaycanda könüllülük hərəkatı: təcrübə və müasir çağırışlar” mövzusunda panel sessiyasında fikir mübadiləsi aparıblar. Onlar təlimlərlə yanaşı, müxtəlif komanda quruculuğu oyununda iştirak ediblər. Yay məktəbi zamanı “açıq mikrofon” müsabiqəsi təşkil olunub, qalib iştirakçı hədiyyə ilə mükafatlandırılıb.

Gənclər növbəti günlərdə “Könüllülük sahəsində mövcud problemlər”, “Könüllülük sahəsində problemlərin həlli yolları” və “Könüllülük sahəsində ən yaxşı yerli və beynəlxalq təcrübələr” mövzuları ətrafında qrup işlərində müzakirələr aparıblar. Qrup işlərin nəticəsi olaraq hər bir komanda təqdimat keçirib. Bundan başqa, yay məktəbində iştirak edən gənclər Gəncə ilə tanış olublar.

Yay məktəbinin sonunda iştirakçılar şəhadətnamə ilə təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.