SİYASƏT


Azərbaycan-Latviya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub

A+ A

Riqa, 22 sentyabr, AZƏRTAC 

Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundovun Latviya Seymi sədrinin xarici əlaqələr üzrə məsləhətçisi xanım Qunta Pastore ilə görüşündə iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı və digər aktual məsələlər müzakirə olunub.

Görüş Latviya parlamentinin sədri İnara Murnitsenin oktyabrın 2-4 –də Azərbaycana edəcəyi rəsmi səfərlə bağlı olub. Tərəflər səfərə, Bakıda müzakirə ediləcək məsələlərə dair fikir mübadiləsi aparıblar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir Latviya parlamenti tərəfindən Xocalı soyqırımı ilə bağlı 2015-ci və 2016-cı illərdə qəbul edilmiş bəyanata görə təşəkkürünü bildirib. O, gələcəkdə Xocalı soyqırımı ilə bağlı qətnamənin qəbul ediləcəyinə ümidvar olduğunu qeyd edib.

Q.Pastore Latviya parlamenti sədrinin səfərinin ölkəsi üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Bildirilib ki, sədrin səfəri zamanı digər tədbirlərlə yanaşı, Azərbaycan Milli Kitabxanasının ziyarət edilməsi və buraya Latviya tarixi və mədəniyyəti ilə bağlı kitabların hədiyyə olunması da planlaşdırılır.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.