MƏDƏNİYYƏT


Azərbaycan Litva Seymində keçirilən sərgidə təmsil olunub

A+ A

Bakı, 19 oktyabr, AZƏRTAC

Litva parlamentində təşkil olunan milli icmaların sərgisində Azərbaycan da təmsil olunub. “Litva milli icmaları: tarixin yolları ilə” adlı sərgidə iyirmi milli icmanın yaranma tarixi, bu ölkədə təşəkkül tapmalarının ictimai-siyasi şəraiti, mədəniyyəti, maddi irsi və bugünkü fəaliyyəti haqqında bilgilər və fotogörüntülər yer alıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, sərgidə Litva azərbaycanlılarına həsr olunmuş stend qurulub.

Sərginin açılışında Seymin deputatı Vitautas Yuzapaytis, Milli Azlıqlar Departamentinin nümayəndəsi Arturas Zapolkis, milli icmaların rəhbərləri, o cümlədən Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev iştirak edib.

Tədbirdə çıxış edənlər Litvada yaşayan icmaların, o cümlədən azərbaycanlıların ölkənin inkişafına verdiyi töhfələr qeyd olunub. Bildirilib ki, bu xalqlar öz milli xüsusiyyəti, yaradıcılığı, incəsənəti və tarixi ilə ölkənin tərəqqisinə dəstək verir. Qeyd edilib ki, hazırda Litvada 250-dən çox xalqın nümayəndəsi yaşayır və onların fəaliyyət dairəsi çox genişdir. Bu xalqlar ölkənin mədəniyyət, iqtisadiyyat, təhsil və digər sferalarında təmsil olunur. Ölkənin müstəqilliyinin qazanılmasında da milli icmaların rolu xüsusi qeyd edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.