SİYASƏT


Azərbaycan-Litva parlamentlərarası əlaqələri müzakirə edilib

Vilnüs, 20 dekabr, AZƏRTAC 

Dekabrın 19-da Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litva Seyminin sədri Viktoras Prantskietis ilə görüşüb.

Görüşdə Azərbaycan və Litva arasında ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, regional və beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri müzakirə olunub.

V.Prantskietisi Litva Seyminin sədri seçilməsi münasibətilə təbrik edən Həsən Məmmədzadə iki ölkə arasında əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edib. Azərbaycan-Litva əlaqələrinin bütün sahələr üzrə inkişafının vacibliyini vurğulayıb. Diplomat ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası dostluq qruplarının əhəmiyyətini qeyd edib, Seymdə yenidən formalaşmış Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri ilə tanışlıq görüşünün keçirildiyini qarşı tərəfin diqqətinə çatdırıb.

Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı ölkəsinin rəsmi mövqeyini bir daha vurğulayan V.Prantskietis bildirib ki, Litva Azərbaycanın ərazi bütövlüyünə və müstəqilliyinə hörmətlə yanaşır. O, Litvanın Azərbaycanla əlaqələrin gücləndirilməsində maraqlı olduğunu bildirib və ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiriləcəyinə ümidvar olduğunu vurğulayıb.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Vilnüs

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.