MƏDƏNİYYƏT


Azərbaycan Litvada keçirilən beynəlxalq festivalda təmsil olunub

Bakı, 20 iyul, AZƏRTAC

Xanəndə Könül Məmmədli, Ədalət Behbudov (tar) və Pərviz Fərhadov (kamança) ölkəmizi UNESCO-nun Litvada keçirdiyi “Lauks-Nos” festivalında təmsil ediblər.

Bu barədə AZƏRTAC-a Pərviz Fərhadov məlumat verib. Bildirib ki, festivalda Azərbaycan, Bolqarıstan, Estoniya, Gürcüstan, İspaniya, Xorvatiya, Latviya, Litva, Makedoniya və Ukrayna təmsilçiləri iştirak ediblər. Həmyerlilərimiz festivalda xalq və bəstəkar mahnılarını, muğamlarımızı səsləndiriblər.

Qeyd edək ki, muğam televiziya müsabiqəsinin laureatı Könül Məmmədli Azərbaycan Milli Konservatoriyasında təhsil alır. Respublika və beynəlxalq müsabiqələr laureatları Ədalət Behbudov Bakı Humanitar Kollecində, Pərviz Fərhadov isə Azərbaycan Milli Konservatoriyası və Respublika İncəsənət Gimnaziyasında müəllim işləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.