MƏDƏNİYYƏT
Azərbaycan Londonda keçiriləcək “WTM 2014” beynəlxalq turizm sərgisində təmsil olunacaq
Noyabrın 3-dən 6-dək Londonda keçiriləcək “WTM 2014” beynəlxalq turizm sərgisində ölkəmizi Mədəniyyət və Turizm Nazirliyi təmsil edəcək.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sərgidə 14 yerli turizm şirkəti - “Geo Travel”, “SW travel”, “ENC tours”, “The tour”, “Turizm.az”, “AL travel”, “İmprotex travel”, “ATA travel”, “STİ travel”, “Regea travel”, “Proxy travel”, “Gilan tourism”, “Billur travel”, “Millennium Tourism and Congress”, 2 mehmanxana – “Pik Palace”, “Jumeirah Bilgah Beach hotel”, həmçinin, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti təmsil olunacaq.
Sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 105 kvadratmetr sahədə lövhə quraşdırılıb. Lövhə ziyarətçi və iştirakçılara paylanması üçün ingilis dilində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.
Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq on ikinci dəfədir ki, “WTM” beynəlxalq turizm sərgisində iştirak edirlər.
Ötən il sözügedən tədbirdə ölkəmizlə yanaşı, 192 ölkədən 5500-dək şirkət təmsil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]
“Bu il Türkiyənin turizm sektorunda bahalaşma qeydə alınıb” – açıqlama
- 05.08.2023 [10:52]