İDMAN


Azərbaycan MMA üzrə Avropa çempionatında iki idmançı ilə təmsil olunacaq

Bakı, 18 noyabr, AZƏRTAC 

Noyabrın 22-dən 26-dək Çexiyanın paytaxtı Praqada qarışıq döyüş növləri (MMA) üzrə Avropa çempionatı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, ölkəmiz yarışda Azərbaycan MMA Liqasının prezidenti Kənan Məmmədovun rəhbərliyi altında iki idmançı və iki hakim ilə təmsil olunacaq.

Beynəlxalq MMA Federasiyasının təşkilatçılığı ilə keçiriləcək turnirdə Sənan Səfərli (57 kq) və Tural Azayev (93 kq) birincilik uğrunda mübarizə aparacaqlar.

Ölkəmizi hakim qismində Cavid Məmmədov və Vüsal Bayramov təmsil edəcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.