Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycan-Macarıstan İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın iclası keçirilib

Bakı, 28 iyun, Elvin Camalov, AZƏRTAC

İyunun 28-də Bakıda Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Şahin Mustafayev Macarıstanın xarici işlər və ticarət naziri, Birgə Komissiyanın Macarıstan tərəfdən həmsədri Piter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Şahin Mustafayev Azərbaycan və Macarıstan arasında əlaqələrin inkişaf etdiyini vurğulayıb, əlaqələrin genişləndirilməsi imkanlarını diqqətə çatdırıb.

Macarıstanın xarici işlər və ticarət naziri, Birgə Komissiyanın həmsədri Piter Siyarto Bakıya hər səfərində inkişafın şahidi olduğunu vurğulayaraq, 2016 Formula-1 Avropa Qran-pri yarışlarının yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfini təbrik edib. Piter Siyarto ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini bildirib. Qarşılıqlı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edən Piter Siyarto Bakıya səfəri çərçivəsində keçiriləcək görüşlərin, aparılacaq müzakirələrin hər iki tərəf üçün faydalı olacağını diqqətə çatdırıb.

Görüşdə Macarıstana qeyri-neft məhsullarının ixracı, investisiya əməkdaşlığı, macarıstanlı investorların Azərbaycan sənaye parklarına cəlb edilməsi, energetika, tranzit daşımaları, İKT, əczaçılıq, birgə müəssisələrin yaradılması və sair məsələlər müzakirə edilib. Macarıstan tərəfi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tikintisi layihəsinə marağını ifadə etmiş və layihə üzrə avadanlıq təchizatı, mühəndis xidmətlərinin və Macarıstanın EXİMBANK-ı tərəfindən maliyyə dəstəyinin göstərilməsi imkanlarının araşdırılmasına dair razılıq əldə olunub. Tərəflər həmçinin, əczaçılıq sahəsində əməkdaşlıq barədə qarşılıqlı razılıqlarını ifadə ediblər.

Görüşdən sonra Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclası keçirilib. İclasda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri, Birgə Komissiyanın həmsədri Şahin Mustafayev Azərbaycan və Macarıstan arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin iki ölkə arasında əlaqələrin inkişafına təkan verdiyini vurğulayıb. Şahin Mustafayev bildirib ki, 2014-cü ildə iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Bu günə qədər iqtisadi əməkdaşlıq, investisiyaların təşviqi, elm, təhsil, əmək və sosial müdafiə, İKT və digər sahələri əhatə edən 40-a qədər sənəd imzalanıb, ətraf mühitin mühafizəsi, elm və texnologiya, tibb sənayesi, beynəlxalq yükdaşımalar və sair sahələri əhatə edən bir sıra sənədlər isə müzakirə mərhələsindədir.

İqtisadi əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət əlaqələrimiz genişlənir. Bu ilin yanvar-may ayları ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi 62 faiz artıb. Azərbaycan şirkətləri tərəfindən Macarıstana kənd təsərrüfatı emalı məhsulları, transformatorlar və digər mallar ixrac olunur. Macarıstandan Azərbaycana cins mal-qara gətirilir.

Azərbaycanda nəqliyyat, ticarət və xidmət sahələrində Macarıstan kapitallı 6 şirkət fəaliyyət göstərir. Yol və su təsərrüfatı sahəsində Macarıstanla əməkdaşlıq həyata keçirilir.

İqtisadi əməkdaşlıqda iş adamları arasında əlaqələrin genişlənməsinin əhəmiyyətini vurğulayan Birgə Komissiyanın həmsədri Şahin Mustafayev qeyd edib ki, ümumilikdə 2005-2016-cı illərdə Bakı və Budapeşt şəhərlərində 10-dan çox biznes forum, işgüzar görüş və digər xarakterli tədbirlər keçirilib, 2012-ci ildə Bakıda Macarıstan Ticarət Evi açılıb, Azərbaycanın Şuşa və Macarıstanın Döndöş, Ağdam və Tisavaşvari və Bakı və Budapeşt şəhərləri arasında dostluq və əməkdaşlıq haqqında sənədlər imzalanıb.

Humanitar sahədə əlaqələrin inkişafında Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi önəm kəsb edir. Budapeştdə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan yataqxana ötən ilin sentyabrında görmə qabiliyyəti məhdud olan uşaqların istifadəsinə verilib.

Şahin Mustafayev təhsil sahəsində Azərbaycan-Macarıstan əməkdaşlığından danışaraq, 2015-2017-ci illərdə 51 gəncin Macarıstanda təhsil almaq hüququ əldə etdiyini qeyd edib. Daha 200 gənc 2016/2017 tədris illəri ərzində Macarıstan hökumətinin təqaüdü hesabına bu ölkənin ali təhsil müəssisələrində təhsil almaq barədə müraciət edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakı-Budapeşt marşrutu üzrə birbaşa aviauçuşlar bərpa edilib, 2016-2019-cu illərdə Macarıstanın "WİZZ Air" aviaşirkəti tərəfindən Bakı-Budapeşt marşrutu üzrə aviauçuşlar həyata keçiriləcək. Bununla yanaşı, Azərbaycan-Macarıstan investisiya əməkdaşlığı genişlənir.

İclasda vurğulanıb ki, bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensial mövcuddur. Kənd təsərrüfatı və ərzaq, eləcə də neft-qaz məhsullarının ixracı, energetika, qeyri-neft sektorunun inkişafı, əczaçılıq, İKT, Azərbaycanda yaradılan sənaye parkları və aqroparklara investisiya qoyuluşu, birgə müəssisələrin yaradılması, tranzit yükdaşımaları sahəsində əlaqələrin inkişafı üçün geniş imkanlar var.

Macarıstanın xarici işlər və ticarət naziri, Birgə Komissiyanın həmsədri P.Siyarto Azərbaycanın davamlı iqtisadi inkişafının, beynəlxalq nüfuzunun artmasının Macarıstanda məmnunluqla qarşılandığını qeyd edib. Bildirilib ki, Macarıstan Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verir və ölkəmizlə əməkdaşlığın genişlənməsində maraqlıdır. Piter Siyarto humanitar sahədə Heydər Əliyev Fondu tərəfindən Budapeştdə həyata keçirilmiş xeyriyyə layihəsinə görə Azərbaycan tərəfinə minnətdarlıq edib.

Macarıstanın xarici işlər və ticarət naziri iqtisadiyyatın bir sıra sahələrində əlaqələrin genişləndirilməsi üçün perspektiv istiqamətləri diqqətə çatdırıb, Macarıstan və Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin bütün sahələrdə qarşılıqlı münasibətləri daha yüksək səviyyəyə qaldırmaq baxımından geniş imkanlar yaratdığını vurğulayıb, Macarıstanın EXİMBANK-nın Azərbaycanda layihələrin maliyyələşdirilməsinə 200 milyon avro həcmində vəsait ayırdığını qeyd edib.

İclasda ölkələrimiz arasında əməkdaşlığın, o cümlədən iş adamları arasında əlaqələrin genişləndirilməsi istiqamətlərinə dair müzakirələr aparılıb.

İclasın sonunda Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Birgə Komissiyanın həmsədrləri – Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Macarıstanın xarici işlər və ticarət naziri Piter Siyarto imzalayıblar.

Sənədə əsasən, iki ölkə arasında ticarət-iqtisadi, investisiya, sənaye, energetika, kənd təsərrüfatı, təhsil, turizm, ətraf mühitin mühafizəsi, su təsərrüfatı, İKT, nəqliyyatın idarə edilməsi, mədəniyyət, təhsil, səhiyyə, gənclər və idman, elm, sosial müdafiə və sair sahələrdə əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi nəzərdə tutulur. Tərəflər Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində istehsal edilmiş məhsul və xidmətlərinin Azərbaycanın müvafıq dövlət orqanları tərəfındən verilmiş mənşə sertifikatlarının müşayiəti olmadan Macarıstan bazarına daxil olmasına yol verilməməsinin təmin olunması barədə razılığa gəliblər. Macarıstan tərəfi, həmçinin, öz hüquqi və fiziki şəxslərinə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində hər hansı sərmayə və xidmətlərlə bağlı fəaliyyətdən çəkinmələri üçün məlumat verəcəkdir.

Komissiyanın iclası çərçivəsində həmçinin, “Sumqayıt Kimya Sənaye Parkı” MMC və Macarıstanın “Sənaye, Elm, İnnovasiya və Texnoloji Parklar” Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO VİDEO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib