SİYASƏT


Azərbaycan-Makedoniya əlaqələrinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb

A+ A

Bakı, 5 oktyabr, AZƏRTAC

Avropa İttifaqının Əfqanıstan üzrə konfransında iştirak etmək üçün Belçikada işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 5-də Makedoniyanın xarici işlər naziri Nikola Poposki ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazirlər Azərbaycan və Makedoniya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparıblar. Ölkələrimiz arasında enerji, nəqliyyat və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğu vurğulanıb.

Tərəflər yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.