ELM VƏ TƏHSİL


Azərbaycan Memarlıq və İnşaat Universitetində əcnəbi tələbənin sərgisi açılıb

Bakı, 6 iyun, AZƏRTAC 

İyunun 6-da Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) sərgi salonunda əcnəbi vətəndaşların hazırlığı fakültəsinin tələbəsi Muhammet Ali Kerim Üzdenin fərdi yaradıcılıq sərgisi açılıb.

AzMİU-dan AZƏRTAC-a bildiriblər ki, mərasimdə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva əcnəbi vətəndaşların hazırlığı fakültəsinin tələbəsinin sərgisinin ilk dəfə təşkil olunduğunu söyləyib. Prorektor gələcəkdə fakültənin digər tələbələrinin də sərgilərinin keçirilməsi arzusunda olduqlarını bildirib.

Sonra iştirakçılar gənc rəssamın əl işləri ilə tanış olublar. Sərgidə pastel, yağlı boya, karandaş, qələmlə çəkilmiş rəsmlər maraqla qarşılanıb. Əl işləri əsasən, natürmort, kollaj, akvarel, qrafika janrlarında çəkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.