ELM VƏ TƏHSİL


Azərbaycan Memarlıq və İnşaat Universitetində sement və beton laboratoriyasının açılışı olub

A+ A

Bakı, 27 dekabr, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Akkord Qazax Sement Zavodunun dəstəyi ilə yaradılmış sement və beton laboratoriyasının açılışı olub.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində universitetin rektoru, professor Gülçöhrə Məmmədova müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyanın yaradılmasını bu ali məktəbin tarixində əlamətdar hadisə kimi dəyərləndirib, bunun Akkord Qazax Sement Zavodu ilə uğurlu əməkdaşlığın parlaq nümunəsi olduğunu diqqətə çatdırıb.

Rektor yeni yaradılmış laboratoriyanın təhsilin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Zavodun satış departamentinin direktoru Elnur Orucov qeyd edib ki, laboratoriyanın qurulmasının əsas məqsədi universitetdə sement və beton ixtisasları üzrə istedadlı, savadlı kadrların yetişdirilməsinə nail olmaq və gələcəkdə bu kadrları müvafiq şirkətlərin zavodlarında işlə təmin etməkdir.

Laboratoriya barədə geniş məlumat verən E.Orucov bildirib ki, burada sement və sement əsasında istehsal olunan tikinti materiallarının hərtərəfli sınaqlarının aparılması mümkün olacaq, yeni laboratoriya inşaatda sement və beton sahəsində aparılacaq işlərin keyfiyyətinin yüksəldilməsində böyük rol oynayacaq.

Sonra tədbir iştirakçıları laboratoriya ilə tanış olublar. Buradakı avadanlıq, yeni qurğu və cihazlar barədə geniş məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.