Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Azərbaycan Memarlıq və İnşaat Universitetinin 40 illik yubileyi qeyd edilib VİDEO

Bakı, 23 iyun, M.Dadaşov, P.İmanova, G.Məlikova, AZƏRTAC

İyunun 23-də “Gülüstan” sarayında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müstəqil ali təhsil ocağı kimi fəaliyyətə başlamasının 40 illiyinə həsr olunan yubiley mərasimi keçirilib.

Mərasimdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elmi ictimaiyyətin təmsilçiləri, dünyanın müxtəlif ölkələrindən olan alimlər, ali məktəb rektorları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Tədbirdə əvvəlcə Dövlət himni səsləndirilib, AzMİU-nun 40 illiyinə həsr olunan film nümayiş etdirilib.

Universitetin rektoru, professor Gülçöhrə Məmmədova AzMİU-nun keçdiyi inkişaf yolundan, ölkəmizdə 95 illik memarlıq və inşaat ali təhsilinin tarixindən, bu illər ərzində əldə edilən uğurlardan, qarşıda duran vəzifələrdən danışıb. Universitetin yaradılmasında və inkişafında xalqımızın ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu vurğulayan G.Məmmədova Ulu Öndərin həmişə bu ali təhsil ocağına xüsusi diqqət və qayğı göstərdiyini bildirib. Qeyd edilib ki, 1975-ci ildə ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan AzMİU ötən müddətdə zəngin inkişaf yolu keçib. Hazırda inkişafının yeni mərhələsini yaşayan AzMİU-da Prezident İlham Əliyevin qayğısı və dəstəyi ilə son illərdə müasir texniki avadanlıq və ləvazimatla təchiz edilmiş tədris laboratoriyaları və mərkəzlər istifadəyə verilib.

Universitetin akademik göstəriciləri haqqında məlumat verən G.Məmmədova təhsil ocağının zəngin maddi-texniki imkanlara və qabaqcıl təcrübəyə malik olduğunu bildirib. Qeyd olunub ki, universitetdə yeddi minədək tələbənin təlim-tərbiyəsi ilə 550-dək müəllim və elmi işçi məşğul olur. AzMİU-da dünyanın 14 ölkəsindən 700 əcnəbi tələbə təhsil alır. Təhsil Nazirliyinin təşəbbüsü ilə yerli və beynəlxalq əmək bazarında rəqabətə davamlı kadr hazırlığı həyata keçirmək məqsədilə yaradılmış “SABAH” qrupları AzMİU-da uğurla fəaliyyət göstərir.

Diqqətə çatdırılıb ki, hazırda dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq edən AzMİU bir sıra beynəlxalq qurumlarının üzvüdür, dünyanın bir neçə qabaqcıl universiteti ilə ikili diplom proqramı üzrə mütəxəssislər hazırlayır. Rektor gənclərin elmə, təhsilə, maraqlarının artması nəticəsində bu ali təhsil ocağının bundan sonra daha böyük nailiyyətlər qazanacağına əminliyini bildirib.

G.Məmmədova vurğulayıb ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə AzMİU-nun bir qrup əməkdaşı “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” və “Tərəqqi” medalı ilə təltif edilib, “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Rektor yüksək təltiflərə görə dövlətimizin başçısına universitetin kollektivi adından dərin minnətdarlığını bildirib.

Universitetin kollektivini yubiley münasibətilə təbrik edən təhsil naziri Mikayıl Cabbarov zəngin ənənələrə malik AzMİU-nun 40 illik elmi-pedaqoji fəaliyyətindən, ölkəmizdə elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb. Azərbaycanda ali təhsil sahəsində həyata keçirilən islahatların əsas istiqamət və hədəflərindən bəhs edən nazir vurğulayıb ki, əldə olunan uğurlar davamlı xarakter daşıyır. O deyib: “Ali təhsilin qloballaşması nəticəsində alətlər dəyişir, təhsil sisteminin real iqtisadiyyatla bağlantısı daha da artır. Müasir dünyada ali təhsil müəssisələri təkcə elm-tədris funksiyasını deyil, həm də iqtisadi artım mərkəzi rolunu oynayır”.

Təhsil naziri dövlətimizin başçısının yubiley münasibətilə AzMİU-nun əməkdaşlarının ali dövlət mükafatları ilə təltif olunması barədə sərəncamlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb, mükafatları sahiblərinə təqdim edib.

Azərbaycanda son dövrdə həyata keçirilən geniş tikinti və quruculuq işlərindən danışan Baş nazirin müavini Abid Şərifov vurğulayıb ki, bu gün paytaxtımızda və regionlarda aparılan bu işlər ölkə Prezidentinin bu sahəyə göstərdiyi böyük diqqətin təzahürüdür. Son illər ölkəmizin bir sıra nüfuzlu beynəlxalq tədbirlərin, o cümlədən möhtəşəm idman yarışlarının keçirildiyi məkana çevrildiyini bildirən A.Şərifov xarici qonaqların Bakının müasir və tarixi binalarının arxitektura gözəlliyinə heyran qaldıqlarını vurğulayıb. O, ölkəmizdə memarlıq və inşaat təhsilinin inkişafında və peşəkar kadrların hazırlanmasında AzMİU-nun fəaliyyətini yüksək dəyərləndirib.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə AzMİU-nun fəaliyyətindən, qazandığı uğurlardan danışıb, kollektivi yubiley münasibətilə təbrik ediblər.

Azərbaycanda memarlıq və inşaat təhsilinə göstərdikləri diqqət və qayğıya görə bir çox dövlət və özəl şirkətlər AzMİU rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunub. Eyni zamanda, universitetdə keçirilən tədbirlərin mətbuatda işıqlandırılmasına göstərdikləri informasiya dəstəyinə görə bəzi KİV-lər mükafatlandırılıb.

AzMİU-nun bir qrup əməkdaşına Təhsil Nazirliyinin “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı və fəxri fərmanı təqdim olunub.

Sonda universitetin kollektivi adından Prezident İlham Əliyevə ünvanlanmış müraciət oxunub.

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin 40 illik yubileyi qeyd edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib