SİYASƏT
Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Özbəkistan Ali Məclisi Qanunvericilik Palatası sədrinin müavini ilə görüşüb
Daşkənd, 29 mart, AZƏRTAC
Özbəkistanda keçirilən prezident seçkilərini müşahidə etmək üçün bu ölkədə səfərdə olan Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov parlamentin aşağı palatası - Ali Məclisin Qanunvericilik Palatası sədrinin müavini Sarvar Otomuradovla görüşüb.
Görüşdə ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin genişləndiyi qeyd edilib. Parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsi, hər iki ölkənin mərkəzi seçki komissiyaları arasında əlaqələrin daha da inkişafı, təcrübə və informasiya mübadiləsinin aparılması və digər məsələlər müzakirə edilib.
Görüşdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də iştirak edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd