MƏDƏNİYYƏT


Azərbaycan Mexikoda keçirilən “Dost Mədəniyyətləri Festivalı”nda təmsil olunub

Vaşinqton, 23 may, AZƏRTAC 

Meksikanın paytaxtı Mexiko şəhərində keçirilən “Dost Mədəniyyətləri Festivalı”nda Azərbaycan da təmsil olunub.

Açılış mərasimində Mexiko şəhəri hökumətinin başçısı Migel Anxel Mansera, Azərbaycanın bu ölkədəki səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbov, habelə Meksika Federal Dairəsi qanunverici orqanının nümayəndələri, diplomatlar və jurnalistlər iştirak ediblər.

2009-cu ildən ənənəvi olaraq keçirilən festivalın əsas məqsədi meksikalıları müxtəlif ölkələrin mədəniyyəti, mətbəxi və ənənələri ilə tanış etməkdir. Bu il festivalda 94 ölkə təmsil olunur.

Tədbir çərçivəsində ziyarətçilərə Azərbaycanla bağlı məlumat verilir, videoçarx nümayiş olunur, ölkəmizin mətbəxinin ləziz təamları təklif edilir.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.