İQTİSADİYYAT
Azərbaycan Mikromaliyyə Assosiasiyası respublikanın 66 rayonunda 600 minə yaxın kiçik sahibkara xidmət göstərir
Bakı, 9 oktyabr, Ramiz Quliyev, AZƏRTAC
Hazırda Azərbaycan Mikromaliyyə Assosiasiyasına üzv olan təşkilatlar - 27 bank olmayan kredit təşkilatı və 12 bank, eləcə də 300-dən çox filial şəbəkəsi ölkəmizin 66 rayonunda 600 minə yaxın kiçik sahibkara xidmət göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Mikromaliyyə Assosiasiyasının idarə heyətinin sədri Süleyman Kələşov “Məsuliyyətli Mikromaliyyəyə aparan yol” mövzusunda 4-cü İnvestorlar Yarmarkasında çıxışında deyib.
Onun sözlərinə görə, cari ilin 8 ayında yalnız kiçik sahibkarların əllərində olan kredit portfeli 1 milyard ABŞ dolları təşkil edib. Bank olmayan kredit təşkilatları 4 mindən çox yerli peşəkar kadrları işlə təmin ediblər.