ELM VƏ TƏHSİL
Azərbaycan Milli Elmlər Akademiyası 2016/2017-ci tədris ili üçün doktoranturaya və dissertanturaya qəbul elan edir
Bakı, 24 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli sərəncamı ilə təsdiq olunmuş Plana əsasən 2016/2017-ci tədris ili üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədlər 2016-cı il noyabrın 28-dən dekabrın 16-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul ediləcək.
Əlavə məlumat üçün AMEA-nın Elm və Təhsil İdarəsinə müraciət etmək olar.