ELM VƏ TƏHSİL
Azərbaycan Milli Elmlər Akademiyasında təbiətşünaslığın tarixinə dair oçerklər hazırlanacaq
Bakı, 5 yanvar, AZƏRTAC
Təbiət elmlərinin tarixinin araşdırılması, bu elmlərin Azərbaycanda təşəkkülünün və inkişaf mərhələlərinin öyrənilməsi, həmçinin yetişməkdə olan gənc nəsildə elmi dünyagörüşün formalaşdırılması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu tərəfindən təbiətşünaslığın tarixinə dair beş buraxılışdan ibarət oçerklər hazırlanacaq.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, oçerklər Fizika, Neft-Kimya Prosesləri, Kataliz və Qeyri-üzvi Kimya, Aşqarlar Kimyası, Polimer Materialları, Coğrafiya institutları, Şamaxı Astrofizika Rəsədxanası və digər müvafiq qurumlarla birgə hazırlanacaq.
Fizikanın yaxın keçmişinə, astronomiyanın, kimyanın, coğrafiyanın, biologiyanın tarixinə dair oçerklər AMEA-nın prezidenti, akademik Akif Əlizadənin redaktəsi ilə “Elm” nəşriyyatında çap ediləcək. Oçerklərin hazırlanması ilə bağlı işlərin gedişatı AMEA-nın Elm Tarixi İnstitutunun elmi şurasında müzakirə olunacaq.