ELM VƏ TƏHSİL


Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti AMEA-nın həqiqi üzvlüyünə əlavə vakant yerə seçkilər elan edir

 

        İxtisas

              Vakant yer

                                      Biologiya və Tibb Elmləri Bölməsi 

Tibb

 1 həqiqi üzv 

AMEA-nın həqiqi üzvləri (akademikləri) AMEA Nizamnaməsinin 5.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşı olan, elm istiqamətləri üzrə geniş tədqiqatlar aparan, elmi yeni biliklərlə zənginləşdirən, tanınmış elmi məktəblər yaradan AMEA-nın müxbir üzvləri sırasından seçilirlər.

“AMEA üzvlərinin və onun rəhbər orqanlarının seçkiləri haqqında Əsasnamə”yə uyğun olaraq elan olunmuş ixtisaslar üzrə AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəssisələrin və ali təhsil müəssisələrinin elmi şuraları AMEA-nın həqiqi və ya müxbir üzvlüyünə namizədlər irəli sürmək hüququna malikdir.

AMEA üzvlüyünə irəli sürülən namizədlərin aşağıda qeyd olunan sənədləri (2 nüsxə) seçkilər haqqında mətbuatda elan dərc edildiyi gündən etibarən 30 gün müddətində AMEA Rəyasət Heyətinin qərarı ilə yaradılmış Komissiyaya təqdim edilməlidir:

• AMEA həqiqi və ya müxbir üzvlüyünə namizədin irəli sürülməsi haqqında müvafiq qərar və ya təqdimat;

• Tərcümeyi-hal;

• Kadrların uçotu üzrə şəxsi vərəqə;

• Elmi əsərlərin siyahısı;

• Ali təhsil, fəlsəfə doktoru, elmlər doktoru diplomlarının və professor attestatının təsdiq olunmuş surətləri;

• Əsas iş yerindən xasiyyətnamə;

• 4x6 sm ölçüdə 3 ədəd fotoşəkil.

Sənədlər hər gün saat 10.00-dan 17.00-dək (şənbə və bazar günləri istisna olmaqla) aşağıdakı ünvanda qəbul edilir:

Bakı şəhəri, H.Cavid prospekti, 115, Akademiya şəhərciyi, AMEA-nın əsas binası

Tel: 537-23-97

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.