ELM VƏ TƏHSİL


Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olmuş bakalavrların nəzərinə!

Bakı, 22 iyun, AZƏRTAC 

2017/2018-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına qəbul olmuş bakalavrlar qeydiyyatdan keçməlidirlər.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, qeydiyyat üçün şəxsiyyət vəsiqəsinin əsli və surəti, bakalavr diplomunun əsli və surəti (cari ilin məzunları üçün bakalavr kursunu tam başa vurması haqqında ali təhsil müəssisəsindən arayış), dörd ədəd fotoşəkil (3×4 sm) tələb olunur.

Magistraturaya qəbul olmuş bakalavrların qeydiyyatı iyunun 29-dan iyulun 10-na kimi (şənbə və bazar günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək AMEA Rəyasət Heyəti aparatının elm və təhsil idarəsinin magistratura şöbəsində (Hüseyn Cavid pr., 115, I mərtəbə, otaq 150) aparılacaq.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Əlaqə nömrələri: (+994 12) 537 23 97, 539 20 35.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.