Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyi qeyd olunub VİDEO

Bakı, 8 iyun, P.İmanova, G.Məlikova, AZƏRTAC

İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir AMEA-nın, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin (AME), Təhsil Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Mərasimdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə milli dövlətçilik və azərbaycançılıq məfkurəsinin, mədəniyyətin formalaşmasında mühüm rol oynayan Milli Ensiklopediyanın inkişaf tarixindən söz açıb. Bildirilib ki, Azərbaycanda ensiklopediya yaradıcılığının ən parlaq dövrü ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Akademik A.Əlizadə Ulu Öndərin ensiklopediyanın formalaşması sahəsindəki müstəsna xidmətlərini xüsusi qeyd edib. Diqqətə çatdırılıb ki, Azərbaycan Milli Ensiklopediyasının 50 illik tarixinin böyük bir mərhələsi görkəmli dövlət xadimi Heydər Əliyevin respublikaya rəhbərliyi dövrünə təsadüf edir. Bu mərhələdə Azərbaycan Milli Ensiklopediyasının maddi-texniki bazası formalaşıb, kadr potensialı gücləndirilib. Milli Ensiklopediyanın inkişafında yeni mərhələnin 2004-cü ildən başlandığını vurğulayan A.Əlizadə Prezident İlham Əliyevin “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yaradılması və ensiklopediyanın nəşri ilə bağlı müvafiq sərəncamlarını xatırladıb. Qeyd edilib ki, müstəqillik dövründə Azərbaycan Milli Ensiklopediyasının tarixində dönüş nöqtəsi olan bu sərəncamlar əsasında Elmi Mərkəzin təşkilati strukturunun qurulması, kadr potensialının gücləndirilməsi, respublikanın bütün elmi potensialının bu işə səfərbər edilməsi istiqamətində mühüm addımlar atılıb.

Tədbirdə “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru, AMEA-nın vitse-prezidenti, akademik Tofiq Nağıyev “Ensiklopediya və maarifçilik” mövzusunda məruzə ilə çıxış edib. Alim Azərbaycanda müasir ensiklopediya işinin əsasının 1965-ci ildə qoyulduğunu, “Azərbaycan Sovet Ensiklopediyasının nəşr edilməsi haqqında” qərarla həmin ilin dekabrında Azərbaycan SSR Elmlər Akademiyasının rəyasət heyəti yanında Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasının yaradıldığını, Xalq Şairi Rəsul Rzanın baş redaktor təyin olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, qərarda “Azərbaycan SSR” xüsusi cildinin və on cildlik universal Azərbaycan Sovet Ensiklopediyasının nəşri nəzərdə tutulub. Akademik 1970-ci ildə nəşr olunan universal Sovet Ensiklopediyasının “A” və “B” hərflərinin müəyyən hissəsini əhatə edən birinci cildinin sovet ideologiyasının tələblərinə cavab vermədiyindən məhv edildiyini söyləyib.

Bildirilib ki, Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı müvafiq sərəncamlara əsasən Azərbaycan Milli Ensiklopediyasının çoxcildli nəşrinə qərar verilib, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi yaradılıb. Vurğulanıb ki, Elmi Mərkəzin qarşısına dünya standartlarına cavab verən mötəbər elmi informasiya mənbəyi yaratmaq vəzifəsi qoyulub. Arxiv materiallarından da istifadə etməklə, respublikanın tanınmış ziyalıları, elm, sənət adamları, mütəxəssisləri bu işə cəlb olunub. Müəllif heyəti və Elmi Mərkəzin kollektivinin gərgin əməyi sayəsində ilk nəşr — “Azərbaycan” xüsusi cildi 2007-ci ildə Almaniyanın “Siglosh” nəşriyyatında yüksək poliqrafik keyfiyyətdə çap olunaraq elmi ictimaiyyətə təqdim edilib.

Elmi Mərkəzin direktoru qeyd edib ki, adi ensiklopediyadan öz funksionallığı, dizayn səviyyəsi və strukturu ilə fərqlənən, bununla belə, Azərbaycan Milli Ensiklopediyasının milli koloritini tam şəkildə əks etdirən xüsusi cilddə xalqımızın təşəkkülü və inkişafı son dərəcə obyektiv göstərilib, başqa ölkələrlə tarixi və müasir əlaqələrinə böyük diqqət yetirilib, təbii və antropogen obyektlər işıqlandırılıb. Akademik yaranmış tələbdən irəli gələrək həmin nəşrin 2012-ci ildə Almaniyada rus dilində çap edildiyini nəzərə çatdırıb.

T.Nağıyev Prezident İlham Əliyevin Elmi Mərkəzdə görülən işləri yüksək qiymətləndirdiyini, dövlətimizin başçısının mərkəzin 50 illik yubileyinin keçirilməsi və bu qurumun əməkdaşlarının orden, medal və fəxri adlara layiq görülməsi haqqında imzaladığı müvafiq sərəncamlarını böyük diqqətin göstəricisi olduğunu söyləyib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Milli Ensiklopediyası böyük rol oynamalıdır. Vurğulanıb ki, bu gün nəşr edilən ensiklopediyalar təmənnasız olaraq kitabxanalara paylanılır. Xaricdən ensiklopediya ilə tanış olmağın mümkünlüyündən söz açan Ə.Qarayev bu baxımdan internet üzərindən də ensiklopediyaya girişin vacibliyini vurğulayıb. Nazir müasir dövrümüzdə milli ensiklopediyanın formalaşmasında azərbaycanlı alimlərin əməyini yüksək dəyərləndirib, Azərbaycan Milli Ensiklopediyasının fəaliyyətini bundan sonra da uğurla davam etdirəcəyinə əminliyini bildirib.

Təhsil naziri Mikayıl Cabbarov özündə maarifçilik ənənələri daşıyan ensiklopediyaların nəşrlərinin bütün təhsil müəssisələrinə paylanıldığını söyləyib. Nazir müasir dövrdə ensiklopediyanın digər dillərə tərcümə edilməsinin zəruriliyini vurğulayıb, kollektivə daha böyük uğurlar arzulayıb.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə, akademiklər Abel Məhərrəmov, Teymur Kərimli, Elmi Mərkəzinin texnika, neft, mədən işləri, informatika, elektronika redaksiyasının müdiri Gülbəniz Qocayeva çıxış edərək Azərbaycan Milli Ensiklopediyasının ölkəmizin müstəqil dövlət kimi inkişafını, xalqımızın həyatında baş vermiş mühüm tarixi, ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni hadisələri obyektiv şəkildə əks etdirən, ümumbəşəri və milli dəyərlər sisteminə əsaslanan dövlət əhəmiyyətli mötəbər elmi informasiya mənbəyi kimi mühüm rolundan danışıblar. Bildirilib ki, Azərbaycan Milli Ensiklopediyası, ilk növbədə, milli dövlətçiliyin inkişafının rəhni olan milli birliyin möhkəmlənməsinə xidmət edən mühüm amilə – etnik özünüdərkin formalaşmasına ciddi təsir göstərən nəşrdir.

Sonda Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyi ilə əlaqədar “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin bir qrup əməkdaşına AMEA-nın fəxri fərmanları təqdim edilib.

Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyi qeyd olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Almaniyada əsgər çatışmır

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb VİDEO

“Qida Təhlükəsizliyi” Simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək