İDMAN
Azərbaycan Milli Karate Federasiyasında IV İslam Həmrəylik Oyunları ilə bağlı görüş keçirilib
Bakı, 13 iyul, AZƏRTAC
Dördüncü İslam Həmrəylik Oyunlarının təşkilat komitəsinin nümayəndələri Azərbaycan Milli Karate Federasiyasının (AMKF) rəhbərliyi ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, Federasiyanın prezidenti Yaşar Bəşirov milli komandamızın İslam Həmrəylik Oyunlarında qazandığı uğurlar barədə məlumat verib, qarşıdakı mötəbər yarışa ciddi hazırlıq işlərinin görüldüyünü bildirib. Qeyd edib ki, üç il əvvəlki Oyunlarda Azərbaycan karateçiləri böyük uğurlar qazanıblar. Karateçilərimiz sonuncu İslam Həmrəylik Oyunlarının komanda yarışında birinci olublar.
Oyunların təşkilat komitəsinin idman bölməsinin rəhbəri Mark Honeybun qarşıdakı mötəbər idman yarışı üçün yüksək hazırlıq işlərinin aparıldığını deyib.
Görüşdə texniki məsələlər də müzakirə olunub.
Dördüncü İslam Həmrəylik Oyunlarında karate yarışları yalnız fərdi çəkilərdə təşkil ediləcək. 2013-cü ildə İndoneziyada təşkil edilən əvvəlki turnirdə komanda görüşləri də keçirilmişdi.
Bakıda IV İslam Həmrəylik Oyunlarının karate yarışları bu mötəbər turnirin ilk günlərində - mayın 13-14-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək.