SİYASƏT


Azərbaycan-Moldova ikitərəfli münasibətləri fəallaşır

Kişineu, 31 yanvar, AZƏRTAC

Yanvarın 30-da Moldovanın Baş naziri Pavel Filip Azərbaycanın Kişineudakı səfiri Qüdsi Osmanovla görüşüb. Görüş zamanı ikitərəfli münasibətlərdə tərəqqi və Moldova-Azərbaycan əlaqələrinin fəallaşdırılması, o cümlədən Moldovaya investisiyaların artırılması məsələləri müzakirə edilib.

AZƏRTAC Moldova hökumətinin əlaqələr və protokol idarəsinə istinadla bildirir ki, Baş nazir Pavel Filip son 25 ildə Moldova ilə Azərbaycan arasında diplomatik münasibətlərin nəticələrini yüksək qiymətləndirərək vurğulayıb ki, Moldova hakimiyyət orqanları qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirməyə hazırdırlar.

Moldova hökumətinin başçısı xüsusi qeyd edib ki, keçən il payızda Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə ikitərəfli dialoqun fəallaşdırılması imkanları müzakirə edilib.

P.Filip vurğulayıb: “İkitərəfli ticarət seqmentində əmtəə dövriyyəsini artırmağa imkan verən ehtiyatlar var”.

Baş nazir daha sonra deyib: “Biz investorların Moldova Respublikasında özlərini rahat hiss etmələri üçün zəruri şəraiti təmin edəcəyik. Bu, milli iqtisadiyyatı inkişaf etdirməyə, dövlət büdcəsinə daha çox pul cəlb etməyə və daha çox sayda sosial layihələr həyata keçirməyə imkan verəcək”.

Azərbaycan səfiri öz növbəsində qeyd edib ki, onun mandatının qüvvəyə minməsindən cəmi 3 ay keçsə də, bu müddət ərzində Moldova haqqında çox şey öyrənib. Diplomat qeyd edib ki, Moldovada yaşayan Azərbaycan diasporu bu ölkənin ictimai və siyasi həyatında fəal iştirak edir.

Danışıqların gedişində azərbaycanlı diplomat Moldova hökuməti tərəfindən həyata keçirilən islahatları alqışlayaraq bildirib ki, səfir vəzifəsində olduğu müddətdə ikitərəfli münasibətlərin inkişafı üçün əlindən gələni edəcək.

Tərəflər ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəaliyyətinin bərpa olunmasının vacibliyi, habelə hər iki ölkənin işgüzar dairələrinin iştirakı ilə forum keçirilməsinin mümkünlüyü barədə fikir mübadiləsi aparılıblar.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.