ELM VƏ TEXNOLOGİYA


Azərbaycan Mühəndislik Akademiyası ilə Milli Aviasiya Akademiyasının birgə iclası keçirilib

A+ A

İclasda akademiklər Arif Paşayevə və Roald Saqdeyevə mükafatlar təqdim edilib

Bakı, 6 oktyabr, AZƏRTAC

Oktyabrın 6-da Azərbaycan Mühəndislik Akademiyası ilə Milli Aviasiya Akademiyasının birgə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, akademiyanın prezidenti, akademik Arif Paşayev akademiyanın qərarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycan Mühəndislik Akademiyasının İdarə Heyətinin qərarı ilə görkəmli alim, akademik Roald Saqdeyev ölkəmizlə kosmik sahədəki faydalı əməkdaşlığına, Azərbaycanla ABŞ arasında beynəlxalq əlaqələrin möhkəmləndirilməsi və inkişafındakı xidmətlərinə görə Azərbaycan Mühəndislik Akademiyasının “Azərkosmos” istiqaməti üzrə əcnəbi üzvü (akademiki) seçilib. R.Saqdeyevə akademiyanın diplomu, vəsiqəsi və döş nişanı təqdim edilib.

Daha sonra rektor, akademik Arif Paşayev Milli Aviasiya Akademiyasının Fəxri professor diplomunu və AZAL QSC-nin Fəxri pilot diplomunu akademik Roald Sadqeyevə təqdim edib.

Akademik Roald Sadqeyev çıxışında Azərbaycanla kosmik məsələlərdə əməkdaşlıq etməsindən şərəf duyduğunu qeyd edib və verilən fəxri adlara görə dərin minnətdarlığını bildirib. O, “Azersky” (Spot-7) peyki ilə əlaqədar Aerokosmik informasiyaların emalı və tətbiqi istiqamətlərində önəmli tövsiyələrini verib.

Mühəndislik Akademiyasının vitse-prezidenti Əhəd Canəhmədov Beynəlxalq Mühəndislik Akademiyasının Prezidentlər Şurasının qərarı ilə akademiyanın işində xüsusi fəaliyyətinə və beynəlxalq əlaqələrin möhkəmləndirilməsində verdiyi töhfələrə görə Beynəlxalq Mühəndislik Akademiyasının vitse-prezidenti, Azərbaycan Mühəndislik Akademiyasının prezidenti, akademik Arif Mir Cəlal oğlu Paşayevə Beynəlxalq Mühəndislik Akademiyasının “Fəxri Qızıl Nişanı” fərqlənmə nişanını və diplomunu təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.