CƏMİYYƏT


Azərbaycan Müstəqil Dövlətlərin Veteranları (Təqaüdçüləri) İctimai Təşkilatları İttifaqının Qurultayında təmsil olunub

A+ A

Bakı, 15 noyabr, AZƏRTAC

Noyabrın 15-də Moskvada Müharibə və Silahlı Qüvvələr Veteranları Evində Müstəqil Dövlətlərin Veteranları (Təqaüdçüləri) İctimai Təşkilatları İttifaqının VI beynəlxalq qurultayı keçirilib. Qurultayda Azərbaycanı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov təmsil edib.

Respublika Veteranları Təşkilatından AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən C.Xəlilov ömürlərinin ən yaxşı illərini Vətənə xidmətə həsr etmiş veteranların qurultayının işinə uğurlar arzulayıb. Azərbaycan Veteranlar Təşkilatının Rusiya, Ukrayna, Belarus icmaları, MDB ölkələrinin səfirlikləri ilə sıx əməkdaşlıq əlaqələrini xüsusi vurğulayan sədr müavini Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının keçirdiyi tədbirlərdə veteranların müntəzəm iştirak etdiyini bildirib. O, son illərdə sıx əməkdaşlığın müsbət nəticələrinin olduğunu və gələcəkdə bu əlaqələri daha da gücləndirilməyin vacibliyini qeyd edib.

Sonra C.Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən nəşr olunmuş “Qələbə və yaddaş” (Победа и память) kitabını rəyasət heyətinə hədiyyə edib.

Qurultayda Respublika Veteranları Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev və sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Müstəqil Dövlətlərin Veteranları (Təqaüdçüləri) İctimai Təşkilatları İttifaqının rəyasət heyətinə yenidən üzv seçiliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.